KONKAKAF konfederasiyasında 2026-cı il dünya çempionatının seçmə mərhələsinin üçüncü raundunun püşkü atılıb. Sport24.az xəbər verir ki, 4 ada dövləti eyni qrupda yer alıblar.
A qrupu: El Salvador, Qvatemala, Panama, Surinam
B qrupu: Kurakao, Yamayka, Bermud adaları, Trinidad və Tobaqo
C qrupu: Kosta Rika, Haiti, Honduras, Nikaraqua
Qeyd edək ki, qarşılaşmalar bu ilin sentyabr-noyabr aylarında keçiriləcək və qrup qalibləri 2026-cı il dünya çempionatına vəsiqə qazanacaq.
İkinci yeri tutan ən yaxşı iki komanda 2026-cı ilin martında qitələrarası pley-offda oynayacaq.