Hazırda klubsuz olan Pol Poqba karyerasını ölkəsində davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Monako" fransalı yarımmüdafiəçini transfer etmək istəyir.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

"Knyazlıq" təmsilçisi azad agent statusunda olan Poqbanı heyətinə qatmaq istəyir. "Monako" 32 yaşlı futbolçu ilə danışıqlar aparır.

 

Qeyd edək ki, Pol Poqbanın son klubu "Yuventus" olub. Fransa millisinin sabiq üzvü ötən ilin dekabr ayında İtaliya klubundan ayrılıb. Təcrübəli oyunçu bir müddət dopinqə görə futboldan uzaqlaşdırılmışdı.