Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah"ın birinci mərhələdəki potensial rəqibləri məlumdur. Sport24.az xəbər verir ki, "bayquşlar" bu raundda "Şaxtyor" (Donetsk, Ukrayna) "Legiya" (Polşa) "Partizan" (Serbiya) "Şerif" (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), "Hapoel" (Byer-Şeva, İsrail) ,"Çelye" (Sloveniya), "Spartak" (Trnava, Slovakiya) kimi rəqiblərin biri ilə qarşılaşacaq.

Masazır təmsilçisinin sabiq baş məşqçisi Ramin Quliyev püşklə bağlı fikirlərini bölüşüb:

"Sabah"ın potensial rəqiblərinin hamısı güclüdür. Məncə, onların arasında "Şerif", "Spartak" və "Çelye" bir qədər uyğun rəqibdir. İstənilən halda təmsilçimiz mərhələ adlamağı düşünürsə, yeni transferlərlə güclənməlidi. Ona görə ki, Avropa Liqasında bir tur keçmək ən azı Konfrans Liqasının qrupunu təyin etməkdir. Məhz bu üzdən maksimum çalışmalıdırlar ki, ilk mərhələni adlasınlar".

Qeyd edək ki, iyunun 17-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atılacaq.