"İnter"in hücumçusu Mehdi Taremi klublararası dünya çempionatında iştirak etmək üçün Tehrandan Kaliforniyaya uça bilməyib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

İran hakimiyyəti İsrailin hücumları fonunda ölkənin hava məkanını bağlayıb. Taremi paytaxtın hava limanına gəlsə də, təhlükəsizlik səbəbilə oradan ayrılıb. Mənbənin sözlərinə görə, "İnter" 32 yaşlı forvardla əlaqə saxlayır və yaranmış vəziyyətdən çıxış yollarını axtarır.

 

Qeyd edək ki. "İnter" iyunun 18-də klublararası dünya çempionatının qrup mərhələsində "Monterrey"lə qarşılaşacaq. İtaliya klubu bu mərhələdə "Urava" və "River Pleyt ilə də qarşılaşacaq.