İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tüdorla yola davam edəcək. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi nəhəngi xorvatiyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

47 yaşlı məşqçi 2027-ci ilin yayına kimi Turin klubunu çalışdıracaq.

 

Qeyd edək ki, İqor Tüdor bu ilin mart ayında "Yuventus"un baş məşqçisi təyin olunub. "Ağ-qaralar" A Seriyasını 4-cü yerdə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.