Londonda komandalar arasında rapid üzrə dünya çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, heyətində Rauf Məmmədovun çıxış etdiyi "Freedom" komandası 17 xalla bürünc mükafatçı olub.
Azərbaycan şahmatçısının özü altı oyun keçirib, iki qələbə, bir heç-heçə və üçməğlubiyyət əldə edib.
Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu "Generation XYZA," 15 xal toplayıb və səkkizinci yerdə qərarlaşıb. O, 12 oyunda səkkiz qələbə qazanıb.