Şahmatçımız Eltac Səfərli Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" turnirində beşinci mövqedə yerini qoruyur. Sport24.az xəbər verir ki, o, altıncı turda hindistanlı Savit Şriyə qalib gəlib.

 

Bu, zəka sahimizin tunirdə dördüncü qələbəsidir. Səfərli 5 xal toplayıb və lider norveçli Elham Amardan yarım xal geri qalır.

 

Qeyd edək ki, Münhendə 152 şahmatçı qalib adı uğrunda mübarizə aparır.