Şahmatçımız Azər Mirzoyev Baham adalarının Nassau şəhərində keçirilən "Orjan Lindroth Memorial"da 9-cu yeri tutub. Sport24.az xəbər verir ki, o, final mərhələsində ABŞ təmsilçisi Alisa Melexinaya qalib gələrək turniri qələbə ilə başa vurub.
Mirzoyev beş xalla turnirdə ilk "onluğ"a daxil ola bilib.
Təmsilçimiz tunirdə keçirdiyi görüşlərdən dördünü qalib kimi başa vurub, iki dəfə heç-heçə edib və üç dəfə məğlub olub.
Qeyd edək ki, birinci yeri 6,5 xalla amerikalı Brendan Ceykobson tutub.