PSJ-nin müdafiəçisi Milan Şkrinyar Türkiyədə qala bilər.
Sport24.az xəbər verir ki, "Qalatasaray" slovakiyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
PSJ Şkrinyar üçün 10 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Milan Şkrinyar ötən mövsümün ikinci yarısında icarə əsasında "Fənərbaxça"da çıxış edib.