London "Arsenal"ı "Real"ın oyunçusu Rodriqo Qoesi transfer etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "topçular"ın baş məşqçisi Mikel Arteta braziliyalının oyununu diqqətlə izləyib və rəhbərlikdən mövsümlərarası fasilədə onun transferini istəyib. "Real" braziliyalının transferi üçün qarşı tərəfdən 100 milyon avro tələb edir.
Qeyd edək ki, Rodriqo başa çatan mövsümdə "Real"ın heyətində ümumilikdə 50 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Rodriqonun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.