"Liverpul"un hücumçusu Luis Dias tezliklə İngiltərə klubunu tərk edə bilər. Sport24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" rəhbərliyi hücumu gücləndirmək üçün kolumbiyalını transfer etmək istəyir. Kataloniya klubunda oynamaq arzusunda olan vinger də keçiddə maraqlıdır.
Futbolçunun ətrafının fikrincə, Florian Virtsin "Liverpul"a gəlişi onun əsas heyətdən kənarda qalması ilə nəticələnəcək.
Qeyd edək ki, kolumbiyalı ötən mövsüm "qırmızılar"ın heyətində ümumilikdə 36 matça çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.