"Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov futbolçu Yassin Benzianın komandadan ayrılmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, funksioner bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Əsgərov əlcəzairli yarımmüdafiəçinin vida postunu yayımlayaraq bu sözləri yazıb:

"Sən xüsusi dəyərə sahib birisən. Bu, dəyişməyəcək".

Qeyd edək ki, Benzia Ağdam təmsilçisinə 2023-cü ildə Fransanın "Dijon" klubundan keçib.