Azərbaycanın FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatında ilk oyununu idarə edib. Sport24.az xəbər verir ki, ədalət təmsilçisi Çexiya - İngiltərə matçında iş başında olub.
Məsiyevin söz sahibi olduğu qarşılaşma İngiltərə seçməsinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
O, görüşdə yeganə sarı vərəqəni 1-ci dəqiqədə britaniyalıların oyunçusu Elliot Andersona göstərib.