Rusiyalı idman jurnalisti, "Sport-Ekspress" qəzetinin köşə yazarı İqor Rabiner Çempionlar Liqasının Liqa mərhələsinin 3-cu tur çərçivəsində baş tutan "Sabah" – "Borussiya" matçı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Rusiyalı jurnalist "bayquşları" tərifləməklə yanaşı, "Qarabağ"ı və Qurban Qurbanovu da yada salıb.

 

 

"Sabah" olduqca simpatik komandadır! Onlar topu sadəcə uzaqlaşdırmaqla kifayətlənmirlər. Əksinə, ağıllı kombinasiyalarla oynayırlar – bu, cəsarətli və müxtəlif çalarlarla zəngin, xoş bir futbol üslubudur. Çətin başlanğıcdan sonra, "Dortmund"a qarşı keçirilən matçın birinci yarının qalan hissəsində onlar həqiqətən də göz oxşayan bir oyun nümayiş etdirdilər.

Onlar yüksək səviyyəli ötürmə və eyni dərəcədə mükəmməl zərbə ilə tamamlanan parlaq bir hücum nəticəsində hesabı bərabərləşdirməyə nail oldular.  Təəssüf ki, qol çox kiçik fərqlə qeydə alınan ofsayd səbəbindən ləğv edildi. Lakin bu, heç də problem olmadı. Onlar bir neçə kəskin hücumla davam etdilər və nəhayət, ləğv edilməsi mümkün olmayan, standart vəziyyətdən fərqləndilər. Birinci hissənin sonlarına yaxın "Borussiya" çətinliklə müqavimət göstərir, növbəti hücumların qarşısını almaqda çətinlik çəkirdi. Fasiləyə 1:1 hesabı ilə yollanarkən, almanlar da, Bakı təmsilçisi qədər rahat nəfəs ala bilərdilər.

Aydındır ki, "Sabah"ın "Slaviya" üzərindəki 2:0 hesablı qələbəsi təsadüfi deyildi. Komanda litvalı məşqçi Valdas Dambrauskas tərəfindən formalaşdırılıb. Onun məşqçilik karyerası olduqca qeyri-adi şəkildə başlayıb. O, Litvada "Kim milyonçu olmaq istəyir?" (Who Wants to Be a Millionaire?) verilişində qalib gəlib və qazandığı pul ilə İngiltərəyə yollanaraq məşqçilik ixtisası üzrə təhsil alıb".

 

Rsuiyalı jurnalsit Dambrauskusu Aleksandr Mostovoyla müqayisə edib, Murad Musayevin və Vasili Berezutskinin də vaxtilə "Sabah"ın "sükanı araxasında" olduğunu xatırladıb:

 

"Mostovoy yəqin ki, belə bir yolu bəyənməzdi. Onun dünyagörüşünə görə, "Sabah"ın baş məşqçisi hətta "futbol adamı" belə sayılmır. Lakin "Çar" öz taxtında əyləşdiyi bir vaxtda, Dambrauskas Çempionlar Liqasında böyük səs-küy yaradır.

Bu uğurda əvvəlki məşqçilər Murad Musayev və Vasili Berezutskinin qoyduğu təməlin nə dərəcədə rolu olduğunu söyləmək çətindir, lakin Azərbaycan klubları artıq Çempionlar Liqasında mütəmadi olaraq öz izlərini qoyurlar. Əvvəlcə Qurban Qurbanovun "Qarabağ"ı, indi isə Dambrauskasın "Sabah"ı ilə. Bu isə Azərbaycan liqasının əslində kifayət qədər güclü olduğunu göstərir".

 

Qeyd edək ki, oktyabrın 20-də  Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakıda keçirilən "Sabah" – Borussiya" matçı qonalar qələbəsi ilə başa çatıb – 1:2.