Matias Almeyda "Sevilya"nın "sükanı arxasına" keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

 

51 yaşlı argentinalı klubla 3 illik müqavilə imzalayacaq.

 

Aprel ayından "Sevilya"nı Xoakin Kaparros çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümündə 41 xal toplayıb və çempionatı 17-ci pillədə başa vurub.

 

Qeyd edək ki, Almeyda 2022-2025-ci illərdə AEK-in baş məşqçisi olub.