"Bavariya" Bilbao "Atletik"inin hücumçusu Niko Uilyamsın agenti ilə danışıqları bərpa edib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, futbolçunun özü bask klubu ilə müqaviləni uzatmağa meylli olsa da, Almaniya nəhənginə keçməyə qarşı deyil. Bununla əlaqədar olaraq, vingerin agentləri Münhen klubuna maaşla bağlı tələblər təqdim ediblər ki, bu da vergilər nəzərə alınmadan ildə təxminən 20 milyon avro təşkil edir.

 

Qeyd edək ki, bir müddət əvvəl İngiltərə təmsilçisləri "Arsenal" və "Çelsi" də İspaniya millisinin futbolçusu ilə danışıqlar aparmaq niyyətində olduğu bildirilirdi.