"Qarabağ"da növbəti ayrılıq gerçəkləşib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Patrik Andrade ilə yollarını ayırıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Kabo-verdeli yarımmüdafiəçinin klubla başa çatan müqaviləsinin müddətini uzadılmayıb.

 

Patrik Andrade ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Qarabağ" müqaviləsi başa çatan Yassin Benzia ilə də yollarını ayırıb.