"Zirə" PFK-nın yay hazırlıq planı bəlli olub. Sport24.az xəbər verir ki, qəsəbə təmsilçisi iyunun 14-də çalışmalara start verəcək.

 

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. 

 

"Zirə" bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da "Qarabağ"a qarşı keçiriləcək.

 

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "Zirə" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.