PSJ-nin qapıçısı Canluici Donnarumma yeni müqavilə ilə bağlı Paris klubu ilə razılığa gələ bilməyib. Sport24.az xəbər verir ki, bu barədə Fransanın "La Repubblica" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, PSJ-dən ayrılacağı gözlənilən italiyalı qolkiperlə artıq "Real", "Mançester Siti" və "Mançester Yunayted" maraqlanır. Çempionlar Liqasının son qalibi Donnarummanı 40 milyondan aşağı satmaq fikrində deyil.

 

Qeyd edək ki, Donnarumma 2021-ci ilin iyulundan Paris klubunda çıxış edir. Başa çatan mövsümdə italiyalı qolkiper 40 matçda iştirak edib və 39 qol buraxıb. 12 oyunda isə qapısını toxunulmaz saxlayıb. Qolkiperin PSJ ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.