DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ötən gecə Peru ilə qolsuz bərabərə qalan Ekvador millisi final mərhələsinə vəsiqəni təmin edib. Sport24.az xəbər verir ki, bununla da ekvadorlular tarixində 5-ci dəfə mundialda çıxış edəcəklər.

 

Ekvadorun 25 xalı var və turnir cədvəlində 2-ci yerdədir. Seçmə mərhələnin bitməsinə 2 tur qalmış Ekvador yığması 7-ci yerdə olan Venesuelanı 7 xal qabaqlayır.

 

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək  Meksika, ABŞ və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq final mərhələsində 48 komanda mübarizə aparacaq.