Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" şahmat turniri davam edir. sport24.az xəbər verir ki, şahmatçımız Eltac Səfərli yarışa iki qələbə ilə başlayıb.
O, Almaniyadan olan rəqiblərinə qalib gələrək liderlər qrupunda yer alıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 tur davam edəcək turnirdə 20-si qrossmeyster olmaqla 157 zəka sahibi mübarizə aparır.