"Liverpul" "Real"ın futbolçusu Rodriqonun agenti ilə təmas qurub və müqavilənin şəxsi şərtləri ilə bağlı danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə "ESPN Brazil" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 24 yaşlı braziliyalı İngiltərə klubunun təklif etdiyi müqaviləni bəyənib.

 

Daha əvvəl Rodriqo ilə "Tottenhem", "Arsenal", "Çelsi" və "Bavariya"nın maraqlandığı bildirilirdi. Madrid klubu isə hücumçusunu 100 milyon avrodan ucuz satmaq fikrində deyil.

 

Qeyd edək ki, Rodriqo 2024/25 mövsümündə "Real"ın heyətində bütün turnirlərdə 54 matçda iştirak edib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.