Ektor Fort bu mövsüm Liqa 1-ə yenidən qayıdan klubun diqqətini çəkib. Sport24.az xəbər verir ki, L"Equipe-in məlumatına görə, "Paris" klubu "Barselona"nın müdafiəçisini transfer etmək imkanını öyrənmək üçün sorğu göndərib.

 

Bu addım Red Bull-un tövsiyəsi ilə atılıb.

 

Ötən mövsüm Fort La Liqada 17 oyunda iştirak edib, lakin məhsuldar ötürmə və ya qol vura bilməyib.