Avropa Gimnastikası (EG) bədii gimnastlar üçün növbəti təlim-məşq toplanışlarının keçiriləcəyini elan edib. Sport24.az xəbər verir ki, növbəti toplanış oktyabrın 13-19-da Bakıda qrup hərəkətləri komandaları üçün təşkil olunacaq.

 

Milli Gimnastika Arenasında keçiriləcək məşqlərə rəhbərlik edəcək mütəxəssislər və ekspertlər arasında Tokio-2020 Olimpiya çempionu Linoy Aşram (İsrail) da yer alacaq. Dəvət olunan digər mütəxəssislər arasında italiyalı Culyetta Kantaluppi də var.

 

Toplanışa Avropa Gimnastikasının Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Yevgeniya Vilyayeva rəhbərlik edəcək.