"Arsenal" İngiltərə Premyer Liqasında 25-ci tur oyununu keçirib. Sport24.az xəbər verir ki, "topçular" "Sanderlend"lə qarşılaşıblar.

 

Oyun Londondakı "Emireyts" stadionunda baş tutub.

 

 

Görüşdə "Arsenal" 3-0 hesabı ilə qalib gəlib. 

 

Martin Subimendi 42-ci dəqiqədə "Arsenal"ı hesabda irəli çıxarıb. Viktor Qyokeres 66-cı dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. O, 90+3-cü dəqiqədə dublunu rəsmiləşdirib.

 

Bu oyundan sonra "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlinə 56 xalla liderlik edir, "Sanderlend" isə 36 xalla 9-cu yerdədir.