Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, oktyabrın 1-də Şəki şəhərində batut gimnastikası üzrə yarışlara start verilib. Sport24.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan) 45 idmançı mübarizə aparır.

 

Qadın gimnastlar arasında fərdi proqramda təsnifat yarışlarına artıq yekun vurulub. Yarışda 22 qadın gimnast finala çıxmaq uğrunda mübarizə aparıb. Təsnifat mərhələsində ölkəmizi 3 qadın idmançı – Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova təmsil ediblər.