Çempionlar Liqasında yarımfinal mərhələsinin sabah keçiriləcək "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) cavab oyununa hakim təyinatları açıqlanıb. Sport24..az xəbər verir ki, matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

 

Oyunun baş hakimi Daniel Siebert olacaq. Ona laysmanlar Yan Seydel, Rafael Foltin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Tobias Stiler yerinə yetirəcək. VAR-da Bastian Dankert, AVAR da isə Robert Şröder olacaq.