"Real"ın sol cinah müdafiəçisi Ferland Mendi İspaniya Liqasının 34-cü turunda "Espanyol"la matçda zədələnib. 30 yaşlı fransız futbolçu 14-cü dəqiqədə Fran Qarsiya ilə əvəzlənib.
Sport24.az "AS"-a istinadən xəbər verir ki, Mendi sağ budun quadriseps əzələsindən zədələnib. Bu, onun bu mövsüm artıq dördüncü zədəsidir.
Qeyd edək ki, Mendi cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə cəmi doqquz oyunda iştirak edib.