"Nyukasl" "Leypsiq"ə hücumçu Benjamin Şeşko üçün təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Kreyq Hope X sosial şəbəkəsində paylaşım edib. İngilis klubu 22 yaşlı sloveniyalının qərarını gözləyir.

 

Mənbənin sözlərinə görə, "Mançester Yunayted" də Sloveniya millisinin forvardının xidmətində maraqlıdır.

 

Şeşko 2023-cü ildən "Leypsiq"də çıxış edir. "Transfermarkt" portalı hücumçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, forvard 2024/25 mövsümündə 45 matçda meydana çıxıb, 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.