Şahmatçımız Eltac Səfərli Almaniyada çıxış edəcək. Sport24.az xəbər verir ki, o, sabah Münhendə start götürəcək "International Whitsun" turnirinə qatılacaq.
Yarışda 20 qrossmeyster də daxil olmaqla 157 şahmatçı mübarzə aparacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək turnir doqquz turdan ibarət olacaq.