Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2025-ci il Avropa Qızıl Liqasında çıxışını başa vurur. Sport24.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri  bu gün Xorvatiyada turnirin son oyununa çıxacaq.

 

Rəqib Rumıniya yığması olacaq.

 

Əvvəlki bütün oyunlarını məğlub başa vuran millimiz 5 oyundan sonra Avropa Qızıl Liqasında sonuncu pillədə qərarlaşıblar.

 

Avropa Qızıl Liqası
Zadar mərhələsi
14 iyun
18:30 Rumıniya - Azərbaycan