Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Gümüş Liqasında ümumi hesabda beşinci yerdədir. Sport24.az xəbər verir ki, turnirin Bakı mərhələsi meydan sahiblərinə heç bir xal qazandırmayıb.

 

Komandamız öz meydanında Lüksemburq (0:3) və Macarıstana (1:3) uduzub.

 

Fərid Cəlalovun yetirmələri İsveçin Umea şəhərində keçirilən mərhələdə Gürcüstan üzərində qələbə sayəsində 3 xala sahib olub. Millimiz Farer adalarına səfər edəcək. Komandamız iyunun 20-də meydan sahibləri, ertəsi gün isə Avstriya ilə qarşılaşacaq.

 

Avropa Gümüş Liqasının turnir cədvəlinə 12 xalla İsveç liderlik edir. Yığmanın 4 qələbə seriyası var.