"Bu turda bizim rəqibimiz gənclərdən ibarət MOİK komandası idi. Çox yaxşıdır ki, çempionatda gənc oyunçular çıxış edir. Bu müsbət haldır. Amma deyə bilərəm ki, çempionatda çıxış edən dörd komanda eyni səviyyədə formalaşıblar". Sport24.az xəbər verir ki, bunu "Murov Az Terminal"ın kişilərdən ibarət komandasının baş məşqçisi Aleksandr Pazdnekov deyib.

 

Təctübəli mütəxəssis qələbəyə gedən yolda vacib amilləri açıqlayıb: "Biz hazırda turnir cədvəlinə liderlik edirik. Bu, hələ başlanğıcdır. Qarşıda bizi daha vacib, maraqlı oyunlar gözləyir. Məsələn, növbəti turda "Azərreyl"lə qarşılacağıq. Gərgin oyunlar voleybolu daha baxımlı və maraqlı edir. Bu gün oyunçularımdan razıyam. Yenə də biz qəbulda daha yaxşı oynamalıyıq. Əlbəttə, hər kəs qalib olmaq istəyir. Çempionatda isə psixoloji, fiziki üstün olan, rəqibi daha yaxşı analiz edən və vacib zamanlarda düzgün qərarlar verən komanda qalib olacaq".

 

Qeyd edək ki, "Murov Az Terminal" Yüksək Liqada keçirdiyi 6 görüşü də qalib başa vurub.