Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda 2-ci turun oyunları baş tutub. Sport24.az xəbər verir ki, turnirdə təmsilçimiz "Vüqar Həşimov" klubu İsveçin "Lunds" komandası ilə qarşılaşıb.

 

3,5:2,5 hesabı ilə üstün olan şahmatçılarımız ikinci oyunu da uğurla başa vurublar. Klubumuz 4 xalla 9-cu pillədə qərarlaşıblar.

 

Təmsilçimiz ilk turda Norveçin SOSS klubunu məğlub edib (5,5:0,5 ). Komandamız bu gün "SuperChess"lə qarşılaşacaq.

 

Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Komandamızın heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış edir.