Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində növbəti rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda niderlandlı Aniş Giri ilə qarşılaşacaq.

Giri seçmə mərhələni 9.5 xalla 2-ci, Rəcəbov isə 8 xalla 7-ci pillədə başa vurub.

1/4 final cütlərinin tərkibi:

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.