Beynəlxalq Şahmat Federasiyası (FIDE) və “chess.com” saytının təşkilatçılığı ilə Onlayn Millətlər Kubokunda iştirak edəcək azərbaycanlı şahmatçının adı bəlli olub. Sport24.az xəbər verir ki, yarışda Teymur Rəcəbov da qüvvəsini sınayacaq.

35 yaşlı qrossmeyster 5-10 mayda keçiriləcək turnirdə dünya yığmasının heyətində yer alacaq.

Onlayn Millətlər Kubokunda 6 komanda – Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünya yığması 180 000 ABŞ dolları məbləğində mükafat uğrunda mübarizə aparacaq. Hər komandanın heyətində ən azı bir qadın şahmatçı olacaq. Komandalar mayın 9-dək iki dövrəlik mübarizə aparacaqlar. Mayın 10-da isə superfinal olacaq.

Komandaların tam heyəti bu gün dəqiqləşəcək.