"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirinin qonağı olub. Sport24.az xəbər verir ki, 49 yaşlı mütəxəssis 7-ci turda keçirilmiş Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov görüşündə ilk gedişi edib.

Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. 

Xatırladaq ki, "Şah" 8 iştirakçının olduğu bu turnirdə Azərbaycanın 3 təmsilçisindən biridi.