Azərbaycan şahmatçısı Eltac Səfərli Voyvodina şahmat turnirinə liderlik edir. Sport24.az xəbər verir ki, təmsilçimiz 7 turdan sonra 5,5 xal toplayıb.

 

Şahmatçımız yerli Nikola Sedlakla eyni xalı toplasa da, Eltac əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb. 7-ci turda hindistanlı Anto Manişo ilə xalları yarıya bölən Səfərli bu gün serbiyalı Mixail İvanovla qarşılaşacaq.

 

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.