Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi müəyyənləşib. Sport24.az 34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər 13-14 fevralda keçiriləcək.

Rəcəbov yarımfinalda Soya, Vaşye-Laqrav isə Karlsenə uduzub.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.