Ötən ay Astanada Şahmat Tacı uğrunda turnirdə üz-üzə gələn Yan Nepomnyaşi ilə Dinq Liren bu dəfə Rumıniyada qarşılaşıblar. Sport24.az xəbər verir ki, “Grand Chess Tour” yarışının 3-cü turunda münasibətlərinə aydınlıq gətirən rusiyalı və çinli şahmatçının görüşü bu dəfə heç-heçə yekunlaşıb. Şahmatçılar 54-cü gedişdə bütün fiqurlarını dəyişdikdən sonra sülhə razılaşıblar.
Maraqlıdır ki, Astanadakı partiyaların birində də belə bir ssenari qeydə alınmışdı.
Xatırladaq ki, Qazaxıstan paytaxtında keçirilən “tac” uğrunda turnirdə 7:7 hesabı qeydə alınmış, tay-brekdə isə Liren qalib gələrək 17-ci dünya çempionu adını qazanmışdı.