Şahmatın rapid və blits növləri üzrə dünya çempionatının təşkilatçı ölkəsi bəlli olub. Sport24.az  xəbər verir ki, mötəbər yarış ilin sonunda Nyu-Yorkda keçiriləcək.

 

Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) məlumat yayıb. Açıqlamada FİDE-nin dünya çempionatının Nyu-Yorkda təşkilini çoxdan arzu etdiyi bildirilib.

 

Qeyd edək ki, kişilərin mübarizəsində rapid və blits üzrə hazırki dünya çempionu norveçli Maqnus Karlsendir. Qadınların yarışında isə rusiyalılar Anastasiya Bondaruk rapid, Valentina Qunina isə qalib olublar.