İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb 

Qadın şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə O, blits üzrə dünya çempionatında bürünc medal qazanıb. Bu yerdə ki, iki gün öncə rapid üzrə dünya Gövhər dünya çempionu olub.

Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal əldə edib.