Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizə start götürüb. Sport24.az xəbər verir ki, "New In Chess" adlı mərhələdə Azərbaycanı 2 qrossmeytser - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edir. Ümumilikdə 16 qrossmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.

Rəcəbovla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Tərəflər 29-cu gedişdən sonra "sülh"ə razılaşıblar. Teymur Maqnusla da qara fiqurlarla oynayaraq heç-heçəyə imza atıb, qalan 3 görüşü isə qələbə ilə başa vurub.

Məmmədyarov isə ilk günü 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə başa vurub.