Serbiyanın Vrnyacka-Bana kurort şəhərində 484 şahmatçını iştirakı ilə Avropa çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, FİDE bayrağı altında keçirilən turnirdə qalib Rusiya şahmatçısı Aleksey Saran olub.
Belə ki, 11 mümkün xaldan 8,5-ni toplayanh Saran əlavə göstəricilərə görə 2 şahmatçını qabaqlayıb. Bunlar da həmyerliləri, sadəcə başqa ölkələri təmsil edən Kiirll Şevçeko (Belçika) və Daniel Darda (Belçika) olublar. Onlar müvafiq olaraq gümüş və bürüc medal qazanıblar.
Yarışın reqlamentinə əsasən, 23 ən güclü iştirakçı FİDE-nin bu il Bakıda keçiriəcəyi dünya çempionatına vəsiqə qazanıb. Bu sırada 8 xalla 11-ci yeri tutan, erməni əsilli rusiyalı David Paravyan da var.