"Mən Bakıda doğulmuşam və 18 yaşımda İsrailə mühacirət etmişəm. 4 yaşından atam mənə şahmat oynamağı, anam isə pianoda ifa etməyi öyrətdi. Demək olar ki, bütün ömrüm boyu musiqi və şahmatla məşğul olmuşam. Ordan gələndən 6 ay sonra qadınlar arasında İsrail çempionatının qalibi oldum və tezliklə olimpiya komandasına qəbul olundum. Dörd Şahmat Olimpiadasında iştirak etmişəm və bir neçə beynəlxalq turnirdə birinci yer tutmuşam". Sport24.az xəbər verir ki, bu fikirləri israilli qadın şahmatçı İlana David söyləyib.

61 il əvvəl Bakıda dünyaya gələn bu qadın şahmatçı dünya şahmat tarixinə düşüb. Belə ki, İlana kişi komandalar arasında dünya çempionatında kapitan olan ilk qadın kimi tarixə düşüb. Hansı ki hazırda onun tarixi Vətənində - Qüds şəhərində keçrilir. Davidin sözlərinə görə, xatırlaya bildiyi qədər həmişə kişi şahmat komandasında oynamaq arzusunda olub. "Şahmatı kişi müəllimlərdən, oğlanların əhatəsində öyrənmişəm. Mənə həmişə deyirdilər ki, kişi təfəkkürüm var, kişi kimi oynayıram. Bunu tərif kimi qəbul etdim. 2016-cı ildə oynadığım İsrail qadın komandasına kapitan təyin olundum. Üç il qadınlardan ibarət yığmaya rəhbərlik etdim, onun statusunu möhkəmləndirdim, şahmatçılarımızın məşq etməsi üçün layiqli şəraitə nail oldum (turnirlərə gediş haqqı və pul mükafatı). Bu vəzifədə özümü yaxşı tərəfdə göstərdiyimdən, 2019-cu ildə məni kişilərdən ibarət yığmaya kapitan qoydular". 

Maraqlıdı. kişilər qadın kapitanı necə qəbul etdilər?: "Artıq məni idarəçi kimi tanıyırdılar. 2013-cü ildə Beer-Şebada şahmat klubunun direktoru oldum. Onun kişilərdən ibarət komandası İsrail çempionudur və şahmat üzrə Avropa klublar kubokunun ilk "5-liy"indədi.. Əvvəlcə onlar təyinatıma görə bir qədər ruhdan düşdülər, lakin idarəetmə metodumla tanış olduqdan sonra mənə və qərarlarıma hörmət etməyə başladılar. Digər idman növlərindən fərqli olaraq, şahmat komandasının kapitanı komanda ilə oynamır. Onun vəzifəsi iştirakçıları seçmək, məşq proqramı hazırlamaq, təlim-məşq toplanışlarını təşkil etmək və oyunçuları yarışlara hazırlamaqdır. İdmançıların hazırlığına cavabdeh olan milli komandanın məşqçisi, qrossmeyster Mixail Roizlə sıx əlaqə saxlayıram".

İlanadan hazırkı dünya çempionatında hansı nəticəyə ümid etməyi haqda da soruşublar ki, 1/4 finala çıxsalar, buna görə sadəcə. xoşbəxt olacağını vurğulayıb. Amma onun arzusu ürəyində qalıb. Çünki İsrail qrupda qalıb. Halbuki, bu yığma 1/4 finala çox yaxın olub. Belə ki, Özbəkistan son turda Polşaya qalib gələcəyi halda, bu reallaşacaqdı. Özbəklər də 2:1 irəlidə olsalar da, sonda hesab 2:2 olub və Polşa xalları bərabər olan İsraili əlavə əmsallara görə üstələyərək qrup 4-cüsü kimi 1/4 finala vəsiqə qazanıb. 

Xatırladaq ki, Azərbaycan 1/4 finalda İspaniya ilə görüşəcək.