Özbəkistanın Karşi şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir. Sport24.az xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Vüqar Rəsulov da çıxış edir.
Yeddi turdan sonra o, beş xal toplayaraq beşinci yerdə qərarlaşıb.
Rəsulov ötən turda Saparmirat Atabayevlə (Türkmənistan) heç-heçə oynayıb və hazırda liderlərdən yarım xal geri qalır.
Turnirdə yeddi ölkədən 37 şahmatçı çıxış edir.