Azərbaycan şahmatçısı Aydın Süleymanlı nüfuzlu Veyk-Aan-Zee turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, təmsilçimiz "Tata Steel Chess"in B turnirində mübarizə aparacaq.

 

O, yarışın qalibi adını qazana bilsə, 2026-cı ildə "Masters" turnirində oynamaq hüququna yiyələnəcək. Bu vəsiqə üçün 14 iştirakçı mübarizə aparacaq.

 

FİDE reytinqi 2632 olan şahmatçımız bu göstəricidə turnirdə 5-cidir.

 

Qeyd edək ki, Niderlanddakı turnir 2025-ci il yanvarın 17-də başlayacaq.