Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen hazırda ciddi hədəflərinin olmadığını etiraf edib. Sport24.az xəbər verir ki, norveçli qrossmeyster motivasiyasızlıqdan əziyyət çəkdiyini söyləyib: “Bəzən motivasiyam artır, bəzən heç oynamaq istəmirəm. İndiki vəziyyətdə ancaq həzz üçün oynayıram. Artıq şahmatda heç bir hədəfim yoxdu. Şahmatın özündən həzz almaq istəyirəm. İşə çiddi yanaşıb-yanaşmamağım isə özümdən asılıdır. Bəzən bu oyun mənə maraqsız gəlir. Turnirlərə görə vaxtımı və ailəmi qurban vermək istəmirəm”.
Xatırladaq ki, Maqnus ötən il Şahmat Tacından imtina edərək titulundan vidalaşdı.