Rusiyanın Yakutsk şəhərində inanılmaz vəziyyətdə 2 partiyadan ibarət şahmat matçı baş tutub. Sport24.az xəbər verir ki, Mixail Kobaliya ilə Volodar Murzin arasında blits qarşılaşması açıq havada, 52 dərəcə şaxtada keçirilib.

Görüş 1:1 hedabı ilə başa çatıb. Şahmatçıların bundan sonra hansı "qızdırıcı" maddələrdən istifadə etdikləri barədə məlumat verilmir.