İyunun 23-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığıyla Batumidə yeniyetmələr arasında şahmat üzrə Dünya Kubokuna start veriləcək. Sport24.az xəbər verir ki, turnir 8,10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçiriləcək.
Azərbaycan Dünya Kubokunda 14 şahmatçı ilə təmsil olunacaq.
Qeyd edək ki, Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.